Hadisə

Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış: Ölənlərin sayı artdı

Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış: Ölənlərin sayı artdı

Mahaçqalada (Dağıstan Respublikası, Rusiya) yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Oxu.Azxəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

"Yenilənmiş məlumata görə, ümumilikdə 17 nəfər yaralanıb, təəssüf ki, ikisi uşaq olmaqla 7 nəfər ölüb", - deyə məlumatda bildirilir.

Xilasedicilər hadisə yerində ölən bir nəfərin cəsədini dağıntılar altından çıxarıblar.

Partlayış yerində dağıntıların təmizlənməsi davam edir

NE
Nihadə Eyyubova