Gündəm Özəl

Yenilməz qalanı avtomobillər necə "işğal" edir? — AÇIQLAMA

Yenilməz qalanı avtomobillər necə işğal edir? — AÇIQLAMA

Qoşa Qala qapısı ətrafında avtomobil sıxlığı gün keçdikcə artmaqdadır. İçərişəhərdə avtomobil sıxlığı həm sakinlər, həm də turistlər üçün problemlər yaradır. Sözügedən ərazidə sıxlığın azaldılması vacib məsələyə çevrilib.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. A.Əsədov qeyd edib ki, problemin həlli zaman tələb edir:

Yenilməz qalanı avtomobillər necə işğal edir? — AÇIQLAMA

“Bakı şəhərinin mərkəzində tıxac problemi illərdir aktual olan məsələdir. Qoşa Qala qapısı ərazisində tıxacın aradan qaldırılması mümkünsüz görünür. Ona görə ki, həmin ərazi piyadalara açıq ərazi hesab olunur. İçərişəhərə giriş-çıxış məhdudiyyətlidir, sürücülər bu ətrafda rahat hərəkət edə bilmirlər. “Əziz Əliyev” küçəsi, “İstiqlaliyyət” küçəsi, “Azərbaycan”prospekti istiqamətlərində hərəkətin intensivliyi nəzərə alınaraq bu günə qədər mümkün tədbirlər görülüb. “Əziz Əliyev” küçəsi ilə “Neftçilər” prospektini birləşdirən işıqfora qədər olan məsafə rahat hərəkət təşkil etməyə rəvac vermir. Küçənin həmin ərazidən keçən hissəsi dardır, avtomobillərin rahat hərəkət etməsinə maneə var”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova