Hadisə

Lənkəranda yolu keçmək istəyən gənci avtomobil vurdu

Lənkəranda yolu keçmək istəyən gənci avtomobil vurdu

Lənkəran şəhərində 29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Demokrat.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağazadə yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova