Dünya Özəl

Çin qitələrarası ballistik raketi sınaqdan keçirdi

Çin qitələrarası ballistik raketi sınaqdan keçirdi

Çin sınaq məqsədilə Sakit okeanda qitələrarası ballistik raketi (ICBM) sınaqdan keçirdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Məlumata görə, saxta döyüş başlığı daşıyan raketin Sakit Okean sahillərində təyin olunmuş əraziyə düşüb.

Açıqlamada sınaq buraxılışının Çin ordusunun illik təlim planında rutin bir fəaliyyət olduğu və bunun beynəlxalq hüquq və təcrübələrə uyğun olaraq həyata keçirildiyi və heç bir ölkəni hədəf almadığı da bildirilib.

Raketin okeanda düşdüyü ərazi ilə bağlı dəqiq məlumat verilməyib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova