Gündəm

Ləğv olunan Bakı - Təl-Əviv reyslərinin sərnişinləri nə etməlidirlər?

Ləğv olunan Bakı - Təl-Əviv reyslərinin sərnişinləri nə etməlidirlər?

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.

Bu barədə Demokrat.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.

"Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər:callcenter@azal.az.

Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - deyə qurumdan bildirilib.

NE
Nihadə Eyyubova