Region

İran yeni silahlarını dünyaya göstərdi

İran yeni silahlarını dünyaya göstərdi

İran Silahlı Qüvvələri bu gün keçirilən mərasimdə son nailiyyətlərini təqdim edib.

Demokrat.azMehr-ə istinadla xəbər verir ki, Müqəddəs Müdafiə Həftəsinin başlanmasına həsr olunan paradda İİKK Aerokosmik Qüvvələrinin son nailiyyəti olan “Fəttah” hipersəs raketi təqdim olunub.

İran bu texnologiyaya sahib olan 4 ölkədən biri olub.

Paradda İran istehsalı olan ən son PUA - "Shahed 136B" də təqdim olunub. Bundan başqa, İran Silahlı Qüvvələrinin yeni “Cahad” ballistik raketini nümayiş etdirib. (Yenisabah.az)

NE
Nihadə Eyyubova