Sosial

DİN vətəndaşlara xəbərdarlıq etdi — DİQQƏTLİ OLUN (VİDEO)

DİN vətəndaşlara xəbərdarlıq etdi — DİQQƏTLİ OLUN (VİDEO)

“Nəvələrinin, övladlarının ağır xəstəliyə görə müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara xaricdən ev telefonları vasitəsilə zənglər gəlir”.

Demokrat.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

“Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir. Əziz vətəndaşlar, bu kimi hallarla qarşılaşdıqda diqqətli olun! Heç bir halda ödəniş etməyin!”, - deyə məlumatda qeyd olunub.

NE
Nihadə Eyyubova