Hadisə

Yasamalda ağac qırılıb dayanacağa düşdü – Yaralılar var

Yasamalda ağac qırılıb dayanacağa düşdü – Yaralılar var

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralıları Klinik Tibbi Mərkəzə çatdırıb:

"Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib".

Rəsmi məlumata görə, bir neçə saata xəstələrin ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Demokrat.az

D
demokrat.az