Hadisə

"Opel" səkiyə çırpıldı, ölən və xəsarət alan var

Opel səkiyə çırpıldı, ölən və xəsarət alan var

Xaçmaz rayonunda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Demokrat.az-ın məlumatına görə, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, sürücü "Opel" markalı avtomobilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb.

Qəza zamanı 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov hadisə yerində ölüb, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

D
demokrat.az