Gündəm

Azərbaycan Qran-prisində ikinci gün başlayır

Azərbaycan Qran-prisində ikinci gün başlayır

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

Demokrat.az-ınməlumatına görə, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı

14 sentyabr 12:30. "Formula 1": Üçüncü sərbəst yürüş 14:15. "Formula 2": Sprint yarışı 16:00. "Formula 1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

NE
Nihadə Eyyubova