İdman

Türkiyə Fransaya uduzmadı, Ukrayna Avropa çempionatında – NƏTİCƏLƏR

Türkiyə Fransaya uduzmadı, Ukrayna Avropa çempionatında – NƏTİCƏLƏR

AÇ-2020-nin seçmə mərhələ oyunları davam edir.

VIII turda daha 7 görüşü keçirilib.

A qrupunda Bolqarıstanın qonağı olan İngiltərə yığması darmadağına sevinib. Digər oyunda Kosovo da inamlı qələbə qazanıb.

B qrupunda liderlər Ukrayna ilə Portuqaliya qarşılaşıb. Meydan sahibləri qələbə ilə final mərhələsinə vəsiqə qazanıblar.

Günün ən maraqlı oyunu H qrupunda keçirilib. Eyni xala malik Türkiyə ilə Fransa üz-üzə gəlib. İki komandadan biri final mərhələsində vəsiqə əldə edə bilərdi. Amma tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

AVRO-2020-nin seçmə mərhələsi

VIII tur

14 oktyabr

A qrupu

Kosovo – Monteneqro 2:0 Qol: Rahmani, 10. Muriqi, 34.

Bolqarıstan - İngiltərə 0:6 Qol: Reşford, 7. Barkli, 20; 32. Sterlinq, 45+3; 69. H.Keyn, 85.

B qrupu

Ukrayna – Portuqaliya 2:1 Qol: Yaremçuk, 6. Yarmolenko, 27 – Ronaldo, 72-pen.

Litva – Serbiya 1:2 Qol: Kazlauskas, 79 – Mitroviç, 49; 53.

H qrupu

Moldova – Albaniya 0:4 Qol: Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.

İslandiya – Andorra 2:0 Qol: Siqurdsson, 38. Siqtorsson, 65.

Fransa – Türkiyə 1:1 Qol: Jiru, 76 – K.Ayhan, 82.

Oxu.az

D
demokrat.az