Dünya Özəl

Çinin Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişir? — AÇIQLAMA

Çinin Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişir? — AÇIQLAMA

“Çin Ukraynada davam edən müharibə ilə bağlı mövqeyini dəyişməyi planlaşdırmır və dünyanı sülh planın mümkünlüyünə inandırmağa davam edəcək”.

Demokrat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Sankt-Peterburqda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.

O bildirib ki, Çin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün öz baxışını təbliğ etməyə davam edəcək və dünyanın əksər ölkələrini münaqişənin siyasi həlli ilə bağlı təklifini dəstəkləməyə inandırmağa çalışacaq:

“Çin beynəlxalq konsensusa nail olmaq və hərbi əməliyyatların sürətlə dayandırılması üçün lazımi şərait yaratmaq üçün beynəlxalq ictimaiyyət arasında Ukrayna böhranı ilə bağlı balanslaşdırılmış, obyektiv və rasional nöqteyi-nəzərdən formalaşdırmaq üzərində işləməyə davam edəcək”, - deyə o bildirib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova