Hadisə

Gəncədə ev yandı – xəsarət alan var

Gəncədə ev yandı – xəsarət alan var

Gəncədə fərdi yaşayış evi yanıb.

Demokrat.azFövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

D
demokrat.az