Vaşinqton JASSM uzaqmənzilli qanadlı raketlərin Kiyevə təhvil verilməsi ilə bağlı razılaşmaya yaxındır, lakin Ukrayna gözləməlidir, çünki müvafiq texniki məsələləri həll etmək üçün ABŞ-a bir neçə ay lazım olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ “JASSM-in Ukraynaya ötürülməsi ilə bağlı razılaşma ərəfəsindədir. Agentlik qeyd edib ki, “hava-yer” tipli bu raketlərin Kiyevin silah paketinə daxil edilməsi bu ilin payızında açıqlanacaq.
Bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.
Mehriban Mirzəzadə Demokrat.az


