Gündəm Özəl

"Azərbaycan BRICS sıralarında fəal mövqe nümayiş etdirəcək" — Politoloq

Azərbaycan BRICS sıralarında fəal mövqe nümayiş etdirəcək — Politoloq

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub. Rəsmi Moskva Bakının müvafiq birliyə üzvlüklə bağlı müraciətini dəstəkləyir. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında ölkəsinin Azərbaycanın təşkilata qoşulmaq üçün etdiyi müraciəti dəstəklədiyini deyib: “Hesab edirik ki, Azərbaycan BRİCS-ə qoşulmaqla, şübhəsiz ki, əlavə dinamika və unikal təcrübə, o cümlədən eyni vaxtda və konstruktiv şəkildə bir çox gündəmdə işləmək təcrübəsi gətirəcək güclü namizəddir”.

Politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, BRİCS təşkilatı strateji və geosiyasi güc toplamaq üçün potesial imkanlara malik bir təşkilatdır:

“Əgər bu gün Qərbdə NATO, Aİ amili varsa, Şərqdə də artıq BRİCS adlanan təşkilat güc toplayıb və tədricən dirçəliş yoluna qədəm qoyur. Təsadüfi deyil ki, BRİCS-i artıq Qərbdəki birliklərə qarşı potensial güc mərkəzi hesab edirlər. Üz dövlətlər dolların qarşısında dayanan hazırkı məsələ dolların hegemonluğuna son qoymaqdır. Oktyabrdakı BRİCS sammitinə Azərbaycan Prezidenti təsadüfə dəvət olunmayıb. Düşünürəm ki, BRİCS-ə üzv olmaqla Azərbaycanın təşkilat ölkələri ilə münasibətləri güclənəcək. Qoşulmama Hərəkatına sədrlik Azərbaycanı dünya ölkələrinə daha yaxından tanıtdı və Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzu yüksəldi. Azərbaycan liderinin dünyada gedən prosesləri yanaşması son dərəcə təqdirəlayiqdir. Azərbaycan göstərir ki, müasir dünyada ölkələrin rolu nədən ibarət olmalıdır, özünəməxsus mövqeyi olmalıdır. Bu cəhətdən Azərbaycan bütün qlobal proseslərdə yaxından iştirak edir.

Düşünürəm ki, ölkəmiz BRİCS sıralarında öz yerini aldıqdan sonra çox fəal mövqe nümayiş etdirəcək. Təhlükələrdən, risklərdən etibarlı şəkildə qorunmaq vacib məsələdir. Azərbaycan strateji resurslara sahib olmaqla həm öz imkanlarını genişləndirir, həm də lazım gəldikdə digər dövlətlərin dəstəyini hiss edir. Hesab edirəm ki, BRİCS-ə üzvlük Azərbaycanın tərəşdaşlarının sayını artıracaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova