Əfqanıstanın Bədəxşanın Eşkaşim rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 224 kilometr dərinliyində baş verib. Zəlzələnin dağıntılara səbəb olub-olmadığı ilə bağlı hələlik açıqlama verilmir.
Zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal əyalətlərində, qonşu Tacikistan və Pakistanda da hiss olunub.
Mehriban Mirzəzadə Demokrat.az


