Gündəm Özəl

"Bəzi yollarda yük maşını ilə hərəkət etmək risklidir" — Qəzalar niyə artır?

Bəzi yollarda yük maşını ilə hərəkət etmək risklidir — Qəzalar niyə artır?

Xəbər verdiyimiz kimi Şabranda yük maşını körpüdən aşıb. Nəticədə iki nəfər dünyasını dəyişib. hadisə səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

Nəqliyyat eksperti Aslan Əsədov bu cür qəzaların səbəbləri barədə Demokrat.az-a açıqlama verib. O, sürücülərin diqqətsiz olduğunu təəssüflə qeyd edib:

Bəzi yollarda yük maşını ilə hərəkət etmək risklidir — Qəzalar niyə artır?

“Ani diqqətsizlik qəza şəraiti yarada bilər. Yük maşını sürən şəxs xüsusilə diqqətli olmalıdır, çünki ağır tonnajlı avtomobilləri idarə etmək daha çətindir və qəzadan yayınmaq mümkünsüz ola bilər. Sürücü sürət həddinə və ara məsafəsinə diqqət etməlidir, tətbiq olunan sürət həddini aşmaq olmaz.

Bu gün respublika ərazisində elə yollar var ki, yük maşını ilə hərəkət etmək risklidir və son dərəcə ehtiyatlı olmaq lazımdır. Səhlənkarlığa yol verib tələsmək olmaz. Yolu doğru qiymətləndirmək və öz hərəkət traktını düzgün təşkil etmək lazımdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova