İsrail Ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi intensiv hücumlarda 58 nəfər həyatını itirib. Hücumların 327 gündür davam etdiyi Qəzzada can itkisi ən az 40 min 534-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.
Açıqlamada İsrail Ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində hərbi hücumlar həyata keçirdiyi və bu hücumlarda daha 58 fələstinlinin həyatını itirdiyi, 131 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd edək ki, 2023-cü il İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının ən az 40 min 534-ə, yaralı sayının isə 93 min 778-ə yüksəldiyi qeyd edilib.
Mehriban Mirzəzadə Demokrat.az


