Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə İsrail İrandan mütləq cavab alacaq.
Demokrat.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığında bildirib.
“İran İslam Respublikasının sionist rejimin (İsrail nəzərdə tutulur) Tehrandakı terror aktına cavabı qaçılmaz, dəqiq və düşünülmüş olacaq. Sionist rejimdən fərqli olaraq, İran İslam Respublikası gərginliyi artırmağa çalışmır, baxmayaraq ki, bundan qorxmur”, - deyə Əraqçi Xarici İşlər Nazirliyinin bəyanatında bildirib. Tajani öz növbəsində bütün tərəflərdən təmkinli olmağı tələb edib və Yaxın Şərqdə artan qeyri-sabitlikdən narahatlığını bildirib.
Mehriban Mirzəzadə Demokrat.az


