14 saylı Xəzər-Pirallahı seçki dairəsində namizəd Günay Əfəndiyeva Şüvəlan qəsəbəsindən olan seçiciləri ilə görüş keçirib.
Demokrat.az xəbər verir ki, bununla bağlı Günay Əfəndiyeva öz sosial şəbəkə hesabında paylaşım edib.
Görüş Şüvəlan Mədəniyyət Evində baş tutub və ATƏT-in nümayəndələri də müşahidə edib.
Deputatlığa namizəd Günay Əfəndiyeva görüşdə iştirak edən Şüvəlan Ağsaqqallar Şurasının üzvü, kənd ağsaqqalı Balaş Əliyevə, 5 saylı Uşaq Vərəm Sanatoriyasının Baş həkimi Ruhəngiz Cavadovaya, Zirə Cümə Məscidinin axundu Hacı Qədir Nəcəfzadəyə və bütün Şüvəlan sakinlərinə təşəkkür edib:
"Seçki kampaniyama dəstək verən dəyərli dostlarıma - Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və sədri Umud Mirzəyevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, Azərbaycanın əməkdar artisti Azad Şükürova, Azərbaycan Dillər Universitetinin professoru Sevinc Zeynalovaya, Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarovaya və aktyoru Tural Əhmədə dərin minnətdarlığımı çatdırıram. Mütəmadi əlaqələri, davamlı inkişafı qoruyub saxlayaraq,
#Gəlin, körpüləri birlikdə salaq!"











