Hadisə

Bakıda YPX binasının yanında ağır qəza — Sürücü öldü (VİDEO)

Bakıda YPX binasının yanında ağır qəza — Sürücü öldü (VİDEO)

Bakıda ağır yol qəzası olub.

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Qala-Pirallahı yolunda baş verib.

Gecə saatlarında Suraxanı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abuzərov Elman Rauf oğlu idarə etdiyi "VAZ-2107" markalı 99 TC 862 dövlət nömrə nişanlı avtomobillə Pirallahı-Qala yolunda şəhər istiqamətində hərəkətdə olarkən Xəzər rayonu Dövlət Yol Patrul Xidmətinin inzibati binasının yaxınlığında idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

D
demokrat.az