Son günlər ölkə ərazisində qətllərin sayı hədsiz çoxalıb. Hətta hər gün xəbər saytlarında, televizorlarda, radiolarda müxtəlif qətl hadisələri ilə qarışlaşırıq. Bu hadisələrin intensivləşməsi cəmiyyətdə narahatlıq doğurur.
Bəs son dövrlər Azərbaycanda qətllərin artmasına səbəb nədir?
İnsanlar niyə problemin həll yolunu öldürməkdə görürlər?
Məsələ ilı bağlı Demokrat.az-ın sualınl cavablandıran psixoloq Aygün Cəfərova bildirib ki, münasibətlərdəki bütün problemlərin, münaqişələrin tək həll yolu var:
“Dinləmək. Tərəflərin bir-birlərinin sərhədlərinə, dəyərlərinə önəm verərək yanaşması da böyük əhəmiyyətə malikdir. Təəssüf ki, insanlar arasında bu kimi yanaşmalara üstünlük verilmir. Daha asan çıxış yolu olaraq tanış olduqları davranışları seçirlər.
Münaqişə etmək, bir-birlərinə istər fizioloji, istərsə də, psixoloji təyziq göstərmək və bu kimi, davranışları üstün tuturlar. İnsanlar o qədər yüklənirlər ki, emisional gərginliklə, onların sərhədləri o qədər tapdalanır ki, nəticədə beyinin, insan düşüncəsinin tanış olduğu davranışı seçir.
Hansı ki, bəzi insanlarda bu şiddət göstərmək, bəzilərini qətlə yetirməklə nəticələnir. Amma mütləq ki, problemlərin başqa həll yolları da var. Problemi həll etmək üçün ünsiyyətə girmək, dinləmək variantlarından istifadə ermək daha məqsədəuyğundur. Sadəcə bəzi insanlar bunu seçmir. Çünki beyin bu davranışla tanış deyil.
İnsanlar bu bacarığı özlərində aşılamaq üçün ilk öncə emiosional yüklənmədən azad olmalıdırlar. Duyğularını, özlərini tanımalıdırlar. Qətllərin sayını azaltmaq üçün insanların düşüncə formatı dəyişməlidir”.
Mehriban Mirzəzadə Demokrat.az


