Xırdalan şəhəri, Heydər Əliyev prospektində avtomobil təmiri sexindəki yanğın söndürülüb.
*** 17:47
FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Qurumdan Demokrat.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
*** 17:40
Xırdalanda yanğın hadisəsi baş verib.
Bununla bağlı məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub. Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın qeyri-yaşayış binasında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.


