Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 3-də əməliyyat bölgəsində əldəqayırma qumbaranın partlaması nəticəsində ağır yaralanan baş gizir Muhammed Emin Önk bu gün şəhid olub.
Mehriban Mirzəzadə Demokrat.az


