Hadisə

Xaçmazda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb

Xaçmazda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb

Xaçmaz-Niyazabad kənd yolunda minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"Toyota Prado" markalı avtomobil qarşıdan gələn "VAZ 21 07"-yə çırpılıb.

Hadisə zamanı Xaçmaz rayon sakinləri 1995-cı il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə və Bakı sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə xəsarətlər alıb.

Onlar Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda fakt araşdırılır. (APA)

NE
Nihadə Eyyubova