Kriminal Özəl

Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayır

Bakının Sabunçu rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətr Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin nayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova