Gündəm

Deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşdü — FOTOLAR

Deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşdü — FOTOLAR

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 13 avqust 2024-cü ildə Salyan rayonu Seyidlər, Dayıkənd və Sarvan kəndlərindən olan seçicilərlə görüşdü.

Günay Ağamalının vəkilləri görüşlərdə deputatlığa namizədin tərçümeyi-halı və platforması barədə ətraflı məlumat verdilər.

Görüşlərdə G.Ağamalı Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə namizəd olmasının ona böyük qürur hissi yaşatdığını söylədi, Salyan torpağının böyük şəxsiyyətlər və mütəfəkkirlər yetirdiyini xüsusi olaraq qeyd etdi.

O, seçki platformasının əsas istiqamətlərini diqqətə çatdırdı. Seçicilərlə görüşlərdə Günay Ağamalı Azərbaycanın qalib ölkə kimi bütün sahələrdə sürətli inkişafından, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açdı, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyevin və I Vitse-Prezident Mehriban Xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırdı, dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.

Görüşlərdə seçicilər problem və qayğılarından danışdılar, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizəd Günay Ağamalıya səs verəcəklərini bildirdilər.

Görüşlərdə kənd ağsaqqalları, rayon ziyalıları, və şəhid ailələri iştirak etdilər.

Deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşdü — FOTOLAR
Deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşdü — FOTOLAR
Deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşdü — FOTOLAR

NE
Nihadə Eyyubova