ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərində namizəd olmaqdan imtina etdikdən sonra iş axtardığını bildirib.
Demokrat.az xəbər verir ki, dövlət başçısı bu barədə Ağ Evdə rəqəmsal məzmunun yaradılması üzrə bir qrup mütəxəssislə görüşündə bildirib.
"İndi sizin işinizə hamıdan çox adam üz tutur. Sizcə, təqaüdə çıxanda hara gedəcəyəm? Buna görə də sizi Ağ Evə dəvət etdim. Çünki iş axtarıram. Mənim yaxşı əlaqələrim var", deyə Bayden bildirib.
Əvvəllər güman edilirdi ki, hazırkı Amerika lideri noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən seçilmək istəyəcək. Bununla belə, Baydenin Respublikaçı Donald Trampla iyun debatındakı fəlakətli çıxışından sonra demokratlar arasında Ağ Ev rəhbərinin mübarizədən əl çəkməsi çağırışları daha da güclənib. İyulun 21-də o, yarışdan çıxmaq qərarına gəlib və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ən yüksək hökumət postuna namizədliyini dəstəkləyib.
Jalə Demokrat.az


