Dünya Özəl

Aİ Ukraynaya növbəti dəfə büdcə yardımı etdi

Aİ Ukraynaya növbəti dəfə büdcə yardımı etdi

Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonuna qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində Ukraynaya büdcə yardımının növbəti tranşını köçürüb.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) məlumatında bildirilib.

Məlumata görə, tranşın məbləği 4,2 milyard avro təşkil edib.

Qeyd edək ki, bu ilin əvvəlindən Kiyevə ayrılmış yardımın ümumi məbləği 12 milyard avroya çatıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova