Avqustun 11-də saat 12 radələrində Şəki rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Demokrat.az-a verilən məlumata görə, “Opel” markalı avtomobil yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Ramin Abdullayev və sərnişini vəfat edib.
Araşdırma aparılır.


