Maraqlı

Qarışqaların ömrü nə qədər olur?

Qarışqaların ömrü nə qədər olur?

Koloniya halında yaşayan qarışqalar bir çox diqqətəlayiq xüsusiyyətləri ilə maraq oyadır. Qarışqaların nə qədər yaşamasından isə əksəriyyət xəbərsizdir.

Qarışqalar nə qədər yaşayır?

Dünyada 14 mindən çox qarışqa növü yaşayır. Bu növlərin ömrü də bir-birindən fərqlidir.

Ən çox rast gəlinən qarışqa növləri qara bağça qarışqalarıdır. Onların orta ömrü 1-2 ildir. Firon qarışqalarının ömrü isə daha qısadır. Onlar cəmi 4-12 ay yaşayırlar.(bizim.media)

NE
Nihadə Eyyubova