Dünya

Aİ Şurası Kiyevə 4,2 milyard avro yardımın ayrılmasını təsdiqlədi

Aİ Şurası Kiyevə 4,2 milyard avro yardımın ayrılmasını təsdiqlədi

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya təxminən 4,2 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı Aİ səfirləri ilə daha əvvəl razılaşdırılmış qərarı təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə Macarıstanın Aİ Şurasına sədrliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Yazılı proseduru başa çatdıran Aİ Şurası bu gün Ukraynaya dəstək fondu çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişin edilməsi ilə bağlı qərar qəbul edib”, - məlumatda qeyd olunub.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova