Dünya Özəl

Yusuf Dikeç İlon Maskı İstanbula dəvət etdi

Yusuf Dikeç İlon Maskı İstanbula dəvət etdi

Paris 2024 Olimpiya Oyunlarında atıcılıq üzrə Türkiyəyə ilk medalını qazandıran Yusuf Dikeç SpaceX və Tesla şirkətlərinin qurucusu, X sosial media platformasının sahibi İlon Maskı İstanbula dəvət edib.

Demokrat.az xəbər verir ki, Dikeçi sosial şəbəkədə izləyən Mask idmançının dəvətini qəbul edib.

Yusuf Dikeç İlon Maska, "Salam Elon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz? deyib.

Elon Musk daha əvvəl heyran qaldığı Yusuf Dikeçə müsbət cavab verərək "Robotlar həmişə hədəfi tam ortadan vuracaqlar. İstanbulu ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dünyanın möhtəşəm şəhərlərindən biri" deyib.

Qeyd edək ki, Yusuf Dikeç, xüsusilə atış zamanı əllərini cibinə qoyması və heç bir avadanlıqdan istifadə etməməsi ilə dünyada gündəm olub.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova