Gündəm Özəl

“Hazırda kinomuzda inkişaf görmürəm” — Kamran Ağabalayev

“Hazırda kinomuzda inkişaf görmürəm” — Kamran Ağabalayev

“Mən hazırda kinomuzda inkişaf görmürəm”.

Bunu 2 avqut Milli Kino Günüilə bağlı Demokrat.az-a açıqlamasında aktyor Kamran Ağabalayevdeyib.

Kamran Ağabalayev bildirib ki, seriallarda çəkilmir və çəkilmək də istəmir:

“Sadəcə olaraq yaxşı rejissorlarımız var ki, dövlət dəstəyi olmadan filmlər çəkirlər və kateqoriyalı festivallarda iştirak edirlər. Başa düşə bilmirəm ki, niyə dövlət Elvin Adıgözəl, Teymur Hacıyev, Teymur Qəmbərov kimi istedadlı rejissorlarımıza dəstək olmur? Onlar Avropa kinosuna sözlərini demiş adamlardır.

Görünən odur ki, hazırda yalnız komediyalar çəkilir, yalnız komediyalara üstünlük verilir. Bunun səbəbini bilmirəm. Yəqin kinoteatrların və tamaşaçıların tələbi budur. Mənə çəkilən heç bir komediya maraqlı deyil. Keyfiyyətli film çəkilsə, yəqin ki, cəmiyyətin marağı komediaya olmaz. Bunu yalnız təcrübədə görə bilərik. Çəkilsin, baxaq bu, cəmiyyətə maraqlıdır ya yox”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova