Xalq artisti Emin Ağalarov sosial şəbəkədəqızı Afina ilə görüntülərini paylaşıb.
Demokrat.az xəbər verir ki, sənətçiövladının üzünü gizlətdiyi videoya "Və həyat məna ilə doludur" sözlərini yazıb.
Qeyd edək ki, Ağalarovun Əli və Mikayıl adlı əkiz oğulları, Əminə adlı daha bir qız övladı var. Afina ifaçının Alyona Qavrilova ilə nikahından dünyaya gələn qızıdır.


