Hadisə

Bakının məşhur bazarının yaxınlığındakı yanğın söndürülüb — YENİLƏNDİ (FOTOLAR)

Bakının məşhur bazarının yaxınlığındakı yanğın söndürülüb — YENİLƏNDİ (FOTOLAR)

Bakıda ticarət mərkəzinin yaxınlığında başlayan yanğın söndürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***14:59

"8-ci kilometr bazar"ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb

Demokrat.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazar"ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Bakının məşhur bazarının yaxınlığındakı yanğın söndürülüb — YENİLƏNDİ (FOTOLAR)

Bakının məşhur bazarının yaxınlığındakı yanğın söndürülüb — YENİLƏNDİ (FOTOLAR)

Bakının məşhur bazarının yaxınlığındakı yanğın söndürülüb — YENİLƏNDİ (FOTOLAR)

NE
Nihadə Eyyubova