Sosial

Magistraturada boş qalan yerlərə ixtisas seçimi başladı

Magistraturada boş qalan yerlərə ixtisas seçimi başladı

Bu gün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başlayıb.

Bu barədə Demokrat.az -aDövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına II tur qəbul üçün müxtəlif proqramlar üzrə birgə 837 dövlət sifarişli plan yeri qalıb.

Qeyd olunub ki, ixtisaslaşma seçimi avqustun 1-dən 8-dək aparılacaq.

NE
Nihadə Eyyubova