Dünya Özəl

Qəzzada ölənlərin sayı 39 min 400-ə yüksəldi

Qəzzada ölənlərin sayı 39 min 400-ə yüksəldi

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 min 400-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada hücumlarda yaralananların sayının isə 90 min 996-ya yüksəldiyi qeyd edilib.

Həmçinin, Fələstin Səhiyyə Nazirliyi son 24 saatda həyata keçirilən hücumlarda 37 fələstinlinin həyatını itirdiyi, 73 fələstinlinin isə yaralandığını bildirib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova