Dünya

ABŞ-da güclü zəlzələ oldu

ABŞ-da güclü zəlzələ oldu

ABŞ-nin Kaliforniya ştatında 4,9 maqnitudada zəlzələ qeydə alınıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, təbiət hadisənini episentri Barstou şəhərindən 22 km şimal-şərqdə, ocağı 7,9 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

NE
Nihadə Eyyubova