Dünya Özəl

İrandan İsrailə sərt XƏBƏRDARLIQ

İrandan İsrailə sərt XƏBƏRDARLIQ

İsrailin Livanda atacağı hər hansı bir cahillik bölgədə qeyri-sabitliyə və gərginliyə səbəb olacaq.

Demokrat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, Hizbullah ilə yaşanan gərginliyə görə İsraili Livanda macəralara getməməsi ilə bağlı xəbərdar edərkən bildirib.

“Sionist İsrail rejimi aylardır Qəzzada Fələstin xalqına qarşı törətdiyi qətliam və qətllərdən sonra saxta ssenarilərlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Mənəvi legitimliyini itirmiş bu rejimin baş verən hadisələrdə başqalarını günahlandırmağa haqqı yoxdur. İsrailin Livanda etdiyi hər hansı bir cahil hərəkət bölgədə qeyri-sabitliyə və gərginliyə səbəb olacaq”, - deyə Kənani qeyd edib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova