Dünya Özəl

Qəzzada ölənlərin sayı 39 min 258-ə yüksəldi

Qəzzada ölənlərin sayı 39 min 258-ə yüksəldi

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 min 258-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada hücumlarda yaralananların sayının isə 90 min 589-a yüksəldiyi bildirilib.

Qeyd edək ki, son 48 saatda 7 hücum təşkil etdiyi, 83 fələstinlinin həyatını itirdiyi, 186 fələstinlinin isə yaralandığı vurğulanıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova