“Mcdonald”s Azərbaycan” QSC-yə növbəti dəfə inzibati protokol yazıb. Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edib. Maddəyə əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Mcdonald”s Azərbaycan”na qarşı irəli sürülmüş maddəylə bağlıTribunainfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, gömrük orqanları tamamilə haqlı şəkildə şirkətə cərimə tərtib ediblər. Çünki hər bir şirkətin, sahibkarın borcudur ki, mal barədə əvvəlcədən gömrük orqanlarına elektron məlumat versin:

Bu şirkətin öz məsuliyyətsizliyi səbəbindən baş verir ki, elektron məlumat verməyi unudurlar, məsuliyyətsiz yanaşırlar. Bu işçilərin, şirkətin öz işinə etinasız yanaşmasından irəli gəlir. Şirkət məsuliyyətsizlik edir və nəticədə də cərimələnir”.
Xatırladaq ki, “Mcdonald”s Azərbaycan”la bağlı iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Şəhla Süleymanova sədrlik edəcək. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


