Hadisə

Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılacaq

Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılacaq

Sabah Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.

35/6 kilovoltluq "Karxana" yarımstansiyasından çıxan 6 kilovoltluq 18 saylı elektrik hava xəttinə təhlükə törədən ağac budaqlarının budanması məqsədilə sabah saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar, M.Maqomayev və digər küçələrdə elektrik enerjisinin verilişində fasilə olacaq.

Aidiyyəti idarədən bildirilib ki, işlər başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq. (Report)

NE
Nihadə Eyyubova