Kriminal

"28" may metrosunda 20 yaşlı gənc boynundan bıçaqlanıb

28 may metrosunda 20 yaşlı gənc boynundan bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az "Report"a istinadən məlumatına görə, hadisə Bakı metrosunun "28 may" stansiyasının içində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrətəli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az