ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməsinə dair Tehrandan ilk şərh gəlib.
Demokrat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Vaşinqtonun İrana qarşı “düşmənçilik” adlandırdığı siyasətində əsaslı dəyişiklik olmazsa, qarşıdan gələn ABŞ seçkilərinin İran üçün önəmli olmadığını bəyan edib.
Nazirliyin sözçüsü Nasser Kenani, Baydenin ABŞ prezidentliyi yarışından geri çəkilməsi ilə bağlı suala verdiyi cavabda "bizim üçün ABŞ administrasiyasının başında olan hökumətlərin və insanların gəlib getməsi vacib deyil" deyib.
Kenani "Münasibətlərin atmosferini dəyişə biləcək şey İran İslam Respublikasına qarşı bu düşmənçilik siyasətində əsaslı dəyişiklikdir", - deyə əlavə edib.
Əfsanə Rəcəb Demokrat.az


