Efiopiyanın cənubundakı Qofa bölgəsində leysan yağışlar nəticəsində baş verən sürüşməsi zamanı ən azı 55 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Qofa Rayon Rabitə Şöbəsi məlumat verib.
Açıqlamada ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edilib.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, 2018-ci ildə Qofada bir həftə ara ilə baş verən iki ayrı sürüşmə nəticəsində ən azı 32 nəfər həyatını itirmişdi.
Əfsanə Rəcəb Demokrat.az


