Hadisə

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndində minaya düşüb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar. X.Hüseynov xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

NE
Nihadə Eyyubova