Aktyor Nicat Rəhimovun xanımıÜlviyyə sosial media hesabında ona ünvanlanan sualları cavablayıb.
Demokrat.az Axsam.az-a istinadən xəbər verir ki, Nicatın övladları olacağı ilə bağlıxəbərə reaksiyasını bölüşüb. Ülviyyə bildirib ki, bunu aktyoratelefonda deyib:
"Telefonla zəng edərək. Reaksiyası: "Ciddisən?" deyə, oldu".
O, övladlarının üzünü göstərməmələrinin səbəbini də açıqlayıb:
"Nə yalan deyim, körpə uşaqların şəkilləri paylaşılanda, əsas da böyük kütləsi olan səhifələrdə nədənsə çəkinirəm. İnşallah, böyük qız olsun, özü razı olsun, paylaşaram".
Qeyd edək ki, cütlüyün Mehriban adlı bir qızı var. 


