Hadisə

Beyləqanda silahlı İNSİDENT

Beyləqanda silahlı İNSİDENT

Beyləqan rayonunda silahlı insident olub.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

NE
Nihadə Eyyubova