“Ümumiyyətlə, yay dövrü ilə bağlı hər kəsə elə gəlir ki, Bakı Metropoliteni sərnişin sayı azaldığı üçün hərəkət qrafiklərini dəyişir. Əslində iaə belə deyil. İstər qatarların, istər eskalatorların, istərsə də digər mühəndis, texniki qurğuların iş rejimində müəyyən xüsusiyyətlər nəzərə alınır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yay dövründə sərnişin sayı azalır, bu birmənalıdır:
“Əsasən sərnişin axın istiqamətləri də dəyişir:
“Yəni mühəndis texniki qurğularından, o cümlədən eskalatorlardan istifadə olunması, məhz sərnişinin axın istiqamətlərinə və sərnişin sayı ilə əlaqədar olur. Yay dövründə bu məsələ bir az qarışıq olduğundan müntəzəm olaraq hər gün digər sistemlərdə olduğu kimi eskalatorlarda da monitorinqlər məhz bu qaydada aparılır. Hətta deyərdim ki, qatarlarda monitorinqlərin istiqaməti necə dəyişirsə, eskalatorlarda gücləndirilmiş nəzarət sistemləri məhz sərnişin axını istiqamətlərin tez-tez dəyişməsi ilə bağlıdır. Yəni sərnişin sıxlığı artarsa, xüsusi zərurət yaranarsa, mütləq qaydada ikinci eskalatorun üzü aşağı və yaxud üzü yuxarı qoşulması təmin olunur. Amma bir məsələni xüsusi qeyd edim ki, üç və dörd eskalatorlu stansiyalarımızda dərin özülləri nəzərdə tutan bir eskalator mütləq qaydada ehtiyatda saxlanmalıdır.
İkinci vacib məqamda məhz sərnişin axınının istiqaməti dəyişdikdə eskalatorların iş rejimində dəyişilir. Təbii ki, iki eskalatorun işləməsi insanların daha tez stansiyanın çıxmasını təmin edəcək.”
Şəhanə Demokrat.az


